09:15 07-10-2020
news_image
355
FUTBOL

Portuqaliyalı futbolçu Azərbaycan klubunu deyil, “Riqa”nı seçdi - SƏBƏB

Portuqaliyalı futbolçu Pedrinyo Azərbaycandan təklif alıb.

Apasport.az saytının məlumatına görə, bunu 28 yaşlı yarımmüdafiəçi özü yerli mətbuata müsahibəsində deyib.

Lakin orta sahə oyunçusu Latviyaya yollanmağı üstün tutub. “Pakuş Fereyra” ilə müqavilə müddəti başa çatan Pedrinyo “Riqa” klubu ilə anlaşıb. O, Azərbaycandan gələn təklifi rədd etməsinin səbəbini də açıqlayıb: “Moldova və Azərbaycandan təkliflərim var idi. Düzdür, koronavirus pandemiyası ilə bağlı vəziyyəti nəzərə alıb Latviyanın daha təhlükəsiz olacağını düşündüm. Lakin son vaxtlar burada da yoluxma halı artıb. Həm də daha yüksək rəqabətli çempionatda oynamaq istədim”.

Qeyd edək ki, Pedrinyo ilk dəfə Portuqaliyadan kənarda çıxış edir.