09:38 07-10-2020
news_image
79
DİGƏR NÖVLƏR

Düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir - MN

"Düşmənin 1-ci alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər var. Bunun nəticəsi olaraq düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir".

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, digər bölmələrdə döyüş sursatları və yanacaq təminatında da ciddi problemlər mövcuddur: "Bəzi istiqamətlərdə müdafiə sahəsində düşmən bölmələri arasında qarşılıqlı əlaqənin olmaması nəticəsində bir birinə atəş açılıb, ölən və yaralananlar var".