10:00 07-10-2020
news_image
167
FUTBOL

Meydana buraxılmayacaq – Azərbaycana görə

Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Kipr yığması bu gün Çexiya ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Yohan Valem heyətdə yer alan bir futbolçunu bugünkü qarşılaşmada meydana buraxmayacağını açıqlayıb.

Bu, yarımmüdafiəçi Marinos Tzionisdir. 19 yaşlı hücumameyilli oyunçunun kənarda qalmasının səbəbi Millətlər Liqasında Lüksemburq və Azərbaycanla keçiriləcək görüşlərdir. Çalışdırıcı “Omoniya”nın oyunçusunu məhz rəsmi matçlar üçün qorumaq qərarına gəlib.

Qeyd edək ki, oktyabrın 10-da Lüksemburqun qonağı olacaq kiprlilər bundan üç gün sonra Albaniyada Azərbaycan yığması ilə qarşılaşacaq.