11:44 07-10-2020
news_image
153
FUTBOL

Karyerasını 45 yaşında bərpa edir - Şovkovski

Ukrayna millisinin sabiq qapıçısı, hazırda yığmada qolkiperlərlə çalışan məşqçi Aleksandr Şovkovski oyunçu karyerasını bərpa edir.

Apasport.az saytının məlumatına görə, 45 yaşlı veteran məcburiyyət üzündən bu addımı atır.

Ukrayna millisi Fransa ilə matç ərəfəsində qapıçı problemi ilə üz-üzə qalıb. Komandanın hər üç qolkiperi – Andrey Pyatov, Yuri Pankov və Andrey Lunin koronavirusa yoluxub.

Qapıçısız qalan məşqçi problemin həllini özünün “Stad de Frans”da meydana çıxmasında görür: “Açığını deyim – heç planlaşdırmıram. Amma bəzən hadisələr məcbur edir. Allahı güldürmək istəyirsənsə, öz gələcək planlarından danış... Qoy həmişə hərarətiniz 36,6 olsun”.

Ehtimal olunur ki, meydana sonradan heyətə cəlb edilən 26 yaşlı Georgi Buşan çıxacaq. Şovkovski isə bu gün keçiriləcək Fransa – Ukrayna görüşündə ehtiyat qapıçı olacaq və zərurət yaransa komanda yoldaşını əvəz edəcək.