12:38 07-10-2020
news_image
442
FUTBOL

Dağlıq Qarabağa getmək adı ilə başqa klubla müqavilə bağladı – erməni futbolçu

Ermənistan yığmasının futbolçusu Varazdat Aroyan Rusiyanın “Tambov” klubuna keçib.

Apasport.az saytının məlumatına görə, bununla da 28 yaşlı müdafiəçi ilə bağlı yalan ifşa olunub.

Bir müddət öncə digər Rusiya klubu “Ural”la müqaviləsinə xitam verən futbolçunun Dağlıq Qarabağa vuruşmağa getdiyi iddia edilirdi. Bunun üçün Yunanıstanın “Larisa” klubuna keçməkdən də imtina edən Aroyan sonda Rusiyada qalmağa üstünlük verib.

Qeyd edək ki, futbolçu yeni klubu ilə 1+1 illik müqavilə imzalayıb.