13:45 07-10-2020
news_image
126
FUTBOL

Türkiyə klubuna keçdi – millimizin futbolçusu

Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Vüsalə Seyfəddinova komandasını dəyişib.

Apasport.az saytının məlumatına görə, Rusiyanın “Ryazan” klubunun sabiq oyunçusu karyerasını Türkiyədə davam etdirəcək.

20 yaşlı sağ cinah müdafiəçisi 1-ci liqada mübarizə aparan “ALGSpor” klubuna transfer olunub. Qaziantepə yollanaraq klub prezidenti Ali Gözcü ilə görüşən Seyfəddinova rəsmi müqaviləyə qol çəkib.

Qeyd edək ki, “ALGSpor” noyabrda start götürəcək Çempionlar Liqasında Türkiyəni təmsil edəcək.