17:43 07-10-2020
news_image
153
FUTBOL

İstefa – Premyer Liqa klubunda

Rusiya klubu “Ufa” baş məşqçisi Vadim Yevseyevlə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə 44 yaşlı mütəxəssisin istefa verdiyini açıqlayıb.

Bildirilib ki, ötən ildən komandaya rəhbərlik edən Yevseyevin müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib. Baş məşqçi istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı yol açıb. Çünki “Ufa” 10 turdan sonra 6 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşır.

Qeyd edək ki, azərbaycanlı futbolçu Azər Əliyev hazırda “Ufa”da çıxış edir.