21:54 07-10-2020
news_image

Olimpiya çempionlarımız idmandakı zəfərlərini hərb meydanında da təkrarlamağa hazırdır - VİDEO

Azərbaycan cüdoçuları, Olimpiya Oyunlarının qalibləri Nazim Hüseynov və Elnur Məmmədli Qarabağda döyüşən ordumuza dəstək olub.

Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Olimpiya çempionlarımız idmandakı zəfərlərini hərb meydanında da təkrarlamağa hazır olduqlarını bildiriblər. 

Onlar xalqımızı milli və dövlət maraqlarının qorunmasında həmrəylik nümayiş etdirməyə, Ali Baş Komandanımızın, rəşadətli ordumuzun ətrafında sıx birləşməyə səsləyiblər.