21:59 07-10-2020
news_image
111
FUTBOL

Öz meydanında uduzdu – millimizin rəqibi

Millətlər Liqasının C liqasında Azərbaycanla eyni qrupda yer alan Kipr yığması yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Apasport.az saytının məlumatına görə, kiprlilər Çexiya ilə üz-üzə gəlib.

Larnakadakı “AEK Arena”da baş tutan qarşılaşmada 3 qol qeydə alınıb. Çexlərin 13 və 43-cü dəqiqələrdəki qollarına 32-ci dəqiqədə Loyzos Loyzou təsəlli topu ilə cavab verə bilib - 1:2.

Qeyd edək ki, oktyabrın 10-da qrup mərhələsində Lüksemburqun qonağı olacaq Kipr bundan üç gün sonra Albaniyada Azərbaycan millisi ilə qarşılaşacaq.