22:36 07-10-2020
news_image
83
FUTBOL

Avropa Liqası üçün sifariş olunmadı - Özil

Avropa Liqasında (AL) mübarizə aparacaq İngiltərə klubu “Arsenal” iştirak ərizəsini UEFA-ya təqdim edib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Mikel Arteta bəzi oyunçulara heyətdə yer verməyib.

Onlar arasında yunanıstanlı müdafiəçi Sokratis Papastatopulos və almaniyalı yarımmüdafiəçi Məsut Özilin adı xüsusi diqqət çəkir. Çalışdırıcı AL-in qrup mərhələsi matçlarında adıçəkilən oyunçuların xidmətindən yararlanmamaq qərarına gəlib.

Qeyd edək ki, “Arsenal” B qrupunda qrupda “Rapid” (Avstriya), “Molde” (Norveç) və “Dandolk”la (İrlandiya) mübarizə aparacaq.