22:59 07-10-2020
news_image
64
FUTBOL

UEFA-dan icazə - İtaliya klubuna

İtaliyanın “Atalanta” klubu Çempionlar Liqasında ev oyunlarını öz stadionunda keçirə biləcək.
 
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisinin bununla bağlı müraciəti UEFA tərəfindən müsbət cavablandırılıb.
 
Əvvəllər rəqiblərini “Sassuolo”ya məxsus “Recio-Emili”, ötən mövsüm isə Milandakı “Cüzeppe Meatsa”da qəbul edən “Atalanta”nın doğma “Qivess” stadionunda yenidənqurma işləri tamamlanıb və avrokubok matçlarına hazırdır. UEFA da “Atalanta”ya rəqiblərini Berqamoda qonaq etmək icazəsi verib.
 
Qeyd edək ki, “Atalanta” Çempionlar Liqasının D qrupunda “Ayaks” (Niderland), “Liverpul” (İngiltərə) və “Midtülland”la (Danimarka) mübarizə aparacaq.