20:33 08-10-2020
news_image
596
FUTBOL

Əlvida, final mərhələsi! - YENİLƏNİB

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
 
Apasport.az saytının məlumatına görə, yığmamız AVRO-2021-in seçmə mərhələsində Slovakiya ilə qarşılaşıb.
 
Matçın ilk yarısı qolsuz başa çatıb. İkinci hissədə meydan sahibləri hesabı açmağa müvəffəq olub. Amma yığmamız cəmi 5 dəqiqə hesabda geri olub. Mert Çelik millimizi ümidləndirib. Buna baxmayaraq, Milan Obradoviçin yetirmələri bərabərliyi qoruya bilməyiblər. Uzatma dəqiqəsində fərqlənən Slovakiya millisi 3 xal qazanıb.

Bu yenilgidən sonra Azərbaycan yığması 5-ci pilləyə yuvarlanıb. Tsikldə 8-ci matçına çıxan komandamız Nitra şəhərində aldığı məğlubiyyətdən sonra həm də final mərhələsinə çıxmaq üçün nəzəri şansını da itirib. 

Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu oktyabrın 13-də səfərdə Gürcüstanla keçirəcək.
 
AVRO-2021-in seçmə mərhələsi
2-ci qrup
8 oktyabr
18:30. Slovakiya – Azərbaycan - 2:1

Lübomir Tupta, 61, İvan Mesik, 90+4 - Mert Çelik, 66
Baş hakim: Kristoffer Haqenes (Norveç)
Nitra. “Nitra” stadionu

1

İsveçrə

6

6

0

0

17-4

18

2

Fransa

6

5

0

1

18-9

15

3

Slovakiya

7

3

0

4

15-18

9

4

Gürcüstan

7

3

0

4

14-10

9

5

Azərbaycan

8

2

0

6

5-15

6

6

Lixtenşteyn

6

1

0

5

3-16

3