00:09 08-10-2020
news_image
75
FUTBOL

Yığmamızın daha bir rəqibi uduzdu – yoldaşlıq görüşündə

Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Lüksemburq yığması yoldaşlıq görüşü keçirib.
 
Apasport.az saytının məlumatına görə, Lük Holtsun yetirmələri Lixtenşteynlə matçda qüvvəsini sınayıb.
 
Lüksemburqda baş tutan görüş qonaqların qələbəsi ilə başa çatıb. Lixtenşteyn hər hissədə bir dəfə rəqibini mərkəzə dəvət edib. Lüksemburqluların gücü 72-ci dəqiqədə Gerson Rodrigeslə fərqi minimuma endirməyə çatıb – 1:2.
 
Yığmamızın qrupunda yer alan Kipr də bu gün keçirdiyi yoldaşlıq görüşündə öz meydanında rəqibinə uduzub, Monteneqro isə heç-heçə edib.
 
Qeyd edək ki, C liqasının 1-ci qrupunda hələlik yeganə qələbəsini Azərbaycan üzərində qazanan Lüksemburq yığması növbəti rəsmi oyunlarını oktyabrın 10-da evdə Kiprə, 13-də isə səfərdə Monteneqroya qarşı keçirəcək.