09:38 08-10-2020
news_image
114
FUTBOL

Avropa Liqası üçün iştirak ərizəsi – “Vilyarreal”ın

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan İspaniyanın “Vilyarreal” klubunun iştirak ərizəsi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisinin baş məşqçisi Unay Emeri oyunlarda xidmətindən yararlanacağı futbolçuları müəyyənləşdirib.

Təcrübəli mütəxəssisin sərəncamında 3 qapıçı, 10 müdafiəçi, 8 yarımmüdafiəçi və 4 hücumçu olacaq. Ümumilikdə 25 oyunçudan 8-i əcnəbidir ki, onun üçü argentinalıdır.

Qapıçılar: 1. Serxio Asenxo, 13. Jeronimo Rulli (Argentina), 31. İker
Müdafiəçilər: 2. Mario Qaspar, 3. Raul Albiol, 4. Pau Torres, 6. Funes Mori (Argentina), 8. Xuan Foit (Argentina), 15. Estupinyan Tenorio (Ekvador), 18. Alberto Moreno, 20. Ruben Penya Ximenes, 21. Xayme Kosta, 22. Sofian Çakla (Mərakeş)
Yarımmüdafiəçilər: 5. Dani Parexo, 10. Visente İborra, 12. Daniel Raba, 14. Manu Trigeros, 16. Takefusa Kubo (Yaponiya), 19. Frensis Kokelin (Fransa), 23. Moi Qomes, 24. Alfonso Pedraza
Hücumçular: 7. Xerard Moreno, 9. Karlos Bakka (Kolumbiya), 17. Pako Alkaser, 30. Yeremi Pino.

Qeyd edək ki, “Vilyarreal” İ qrupunda “Qarabağ”la yanaşı, “Makkabi” (Təl-Əviv, İsrail) və “Sivasspor”la (Türkiyə) mübarizə aparacaq. İspaniya klubu ilk oyununu oktyabrın 22-də öz meydanında “Sivasspor”a qarşı keçirəcək.