10:00 08-10-2020
news_image
188
FUTBOL

C seriyasını “Qəbələ”dən üstün tutdu – braziliyalı

“Qəbələ”nin transfer gündəmində olan Braziliyanın “Vitoriya” klubunun hücumçusu Eronildo dos Santos Roşanın yeni komandası müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı forvard Braziliyanın C seriyasında çıxış edəcək.

“Qəbələ” ilə danışıqları uğursuz nəticələnən Eronildo “Remo” klubuna 3 aylıq icarəyə verilib. Futbolçu özü mətbuat konfransında ölkəmizdən aldığı təklifin ürəyincə olmadığını deyib: “Azərbaycandan gələn təklifi klubum “Vitoriya” qəbul etmədi, çünki şərtlər əlverişli deyildi. Ancaq “Remo”ya keçmək üçün ikinci dəfə düşünməyə ehtiyac duymadım”.

Qeyd edək ki, “Vitoriya” ilə müqavilə müddəti 2021-ci ilin sonuna qədər olan Eronildonu “Qəbələ” birillik icarəyə götürməyə çalışıb. Forvard 2014-2015-ci illərdə Braziliyanın U-17 yığmasının heyətində 7 oyun keçirib, 1 qola imza atıb.