11:22 08-10-2020
news_image
195
FUTBOL

Mourinyonun yanına getmək istəyib - Messi

İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messinin 2004-cü ildə “Çelsi”yə keçmək ehtimalının olduğu üzə çıxıb.

Apasport.az xəbər verir ki, bu barədə jurnalist Canluka di Martsio məlumat yayıb.

O bildirib ki, argentinalı futbolçu həmin dönəmdə London klubunun çalışdırıcısı Joze Mourinyoya görə bu keçidin baş tutmasını istəyib: “Futbolla bağlı ən sirli hadisələrdən biri Messinin “Çelsi”yə keçidinin son anda baş tutmamasıdır. O, 2004-cü ildə Joze Mourinyonun rəhbərliyi altında oynamaq istədiyi üçün transferə çox yaxın idi. Uzun danışıqlar getdi, Leo ilə Joze arasında videobağlantı da oldu. Messi həmin vaxt ilk dəfə “Barselona”nı tərk etməyə qərar vermişdi. İkincisi isə bir neçə ay əvvəl yaşandı”.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lionel Messi 2004-cü ildən əsas komandanın formasını geyinir. Onun Kataloniya təmsilçisi ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.