12:20 08-10-2020
news_image
89
FUTBOL

“Qarabağ”ın rəqibi başladı - yenilərlə bağlı plan

İsrailin “Makkabi” klubu Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyunun hazırlığına başlayıb.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası ilə bağlı yerli çempionat dayandırıldığından, Təl-Əviv təmsilçisi hazırda İsraildə məşq keçən yeganə komandadır.

Millilərə dəvət alan futbolçularsız hazırlıq keçən klubda yeni transferlər – ispaniyalı müdafiəçi Luis Ernandes və serbiyalı hücumçu Aleksandar Peşiç fəallıqları ilə diqqət çəkirlər. Onların kollektivə uyğunlaşma prosesindən məmnun qalan baş məşqçi Giorqos Donis adıçəkilən oyunçuları “Qarabağ”la qarşılaşmada start heyətində meydana buraxmağı planlaşdırır.

Koronavirusdan sağalan futbolçular da həftəsonundan etibarən məşqə qoşulacaqlar.

Qeyd edək ki, “Makkabi” – “Qarabağ” oyunu oktyabrın 22-də Təl-Əvivdəki “Blumfild” stadionunda keçiriləcək.