16:13 08-10-2020
news_image
179
FUTBOL

Yubileyə hazırlaşanlar və debüt gözləyənlər – SİYAHI

Millətlər Liqasında Monteneqro ilə qarşılaşacaq Azərbaycan yığması səfərə 25 futbolçu ilə yollanacaq.

Apasport.az saytının məlumatına görə, bu gün Podqoritsaya yola düşəcək heyətin təxminən yarısı üçün oktyabrın 10-dakı matç əlamətdar ola bilər.

C liqasının 1-ci qrupunun III turunun qarşılaşmasında meydana çıxmaqla dörd futbolçu yubiley qeyd edə bilər. Onlar arasında ən böyük rəqəmə Qara Qarayev yaxındır.

Yarımmüdafiəçi indiyədək 59 oyunda şans qazanıb. Səfər matçı Qara üçün 60-cı ola bilər.

Gözlənilən digər üç yubiley isə daha kiçik ölçüdədir. Təmkin Xəlilzadə 20-ci, Anton Krivotsyukla Coşqun Diniyev isə 10-cu sınağı səbirsizliklə gözləyir.

Monteneqro ilə qarşılaşmaya yollanan 25 futbolçudan 17-si əvvəllər də milli forma geyinib. Səkkiz oyunçu isə hələ də debütün həsrətindədir. Onlar arasında ilk dəfə yığmaya çağırılan da var, dəfələrlə millinin ehtiyatında qalanlar da.

Bu 8 oyunçudan hər hansı biri Podqoritsa şəhər stadionuna çıxsa debütünü rəsmiləşdirəcək. Bunlar Amin Seydiyev, Elvin Bədəlov, İsmayıl İbrahimli, Şahrudin Məhəmmədliyev, Şəhriyar Əliyev, Azər Salahlı, Aydın Bayramov və Əli Qurbanidir.

Qeyd edək ki, millinin indiki heyətində oyun sayına görə rekordçu Maksim Medvedevdir. Onun hesabında 62 oyun var.

Maksim Medvedev

62

4

Qara Qarayev

59

0

Bədavi Hüseynov

51

0

Araz Abdullayev

40

3

Ramil Şeydayev

28

5

Təmkin Xəlilzadə

19

3

Namiq Ələsgərov

18

0

Anton Krivotsyuk

9

0

Coşqun Diniyev

9

0

Bəhlul Mustafazadə

8

0

Emil Balayev

7

-10

Rəhman Hacıyev

7

0

Abbas Hüseynov

4

0

Elvin Camalov

3

0

Mirabdulla Abbasov

3

0

Rəhim Sadıxov

1

0

Vüqar Mustafayev

1

0

Amin Seydiyev

0

0

Elvin Bədəlov

0

0

İsmayıl İbrahimli

0

0

Şahrudin Məhəmmədliyev

0

0

Şəhriyar Əliyev

0

0

Azər Salahlı

0

0

Aydın Bayramov

0

0

Əli Qurbani

0

0