14:17 08-10-2020
news_image
103
FUTBOL

"Sivasspor"un Avropa Liqası üçün iştirak ərizəsi - SİYAHI

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki daha bir rəqibi Türkiyə klubu “Sivasspor” iştirak ərizəsini UEFA-ya təqdim edib.

Apasport.az saytının məlumatına görə, siyahıda 21 futbolçu yer alıb.

Baş məşqçi Rıza Çalımbay oyunlarda 2 qapıçı, 7 müdafiəçi, 6 yarımmüdafiəçi və 6 hücumçunun xidmətindən yararlanacaq.

Qapıçılar: 25. Muammer Zülfikar, 30. Mamadu Samassa (Mali)
Müdafiəçilər: 3. Uğur Çiftçi, 4. Aaron Apindaqoye (Qabon), 8. Robin Yalçın (Almaniya), 14. Samba Kamara (Fransa), 58. Ziya Ərdal, 87. Marselo Qoyano (Braziliya), 88. Caner Osmanpaşa
Yarımmüdafiəçilər: 5. İsak Kofie (Qana), 6. Klaudemir (Braziliya), 10. Yasin Öztəkin, 11. Jorje Feliks (İspaniya), 17. Ərdoğan Yeşilyurt (Almaniya), 37. Hakan Arslan
Hücumçular: 2. Aruna Kone (Fil Dişi Sahili), 7. Maks-Alain Qradel (Fil Dişi Sahili), 9. Mustafa Yatabare (Mali), 29. Kasimir Rodriqe Ninqa (Çad), 76. Faysal Fayr (Mərakeş), 80. Olarenvayu Kayode (Nigeriya).

Qeyd edək ki, "Sivasspor" İ qrupunda "Qarabağ", həmçinin "Vilyarreal" (İspaniya) və "Makkabi" (Təl-Əviv, İsrail) ilə mübarizə aparacaq. Türkiyə təmsilçisi ilk matçını oktyabrın 22-də səfərdə "Vilyarreal"a qarşı keçirəcək.