15:32 08-10-2020
news_image
115
FUTBOL

Futbol qaydalarında yeniliklər – Vengerin ideyaları

İngiltərənin “Arsenal” klubunun sabiq baş məşqçisi Arsen Venger futbol qaydalarında dəyişikliklər təklif edib.

Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis bir neçə yeniliyi zəruri sayır.

Hazırda FİFA-da çalışan mütəxəssis hücum edən komandaların lehinə qərarların tərəfdarıdır: “Biz bir neçə qaydanı nəzərdən keçiririk. Künc zərbələri zamanı top havada ikən meydanı tərk edərək geri dönəndə oyunun davamına icazə vermək lazımdır. Bu, qol vurulması üçün yeni imkanlar yaradacaq. Aut atışı qaydasının da dəyişməsini istəyirəm. Sona 5 dəqiqə qalmış aut atan komanda üstünlük qazanmalıdır. Lakin əksi baş verir. Topu oyuna daxil edən futbolçunun önündə 9 komanda yoldaşı və 10 rəqib qalır. 10 belə epizoddan 8-də top itirilir. Meydanın özünə aid yarısında aut zamanı topu ayaqla oyuna daxil etməyə icazə verilməlidir”.

Qeyd edək ki, Fransada “Nansi”, “Monako”, Yaponiyada “Naqoya Qampus”u da çalışdıran Venger 1996-2018-ci illərdə “Arsenal”ın baş məşqçisi olub.