
09:07
Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə klublar yoxlama görüşü keçirəcək.
Apasport.az saytının məlumatına görə, Bakı klubları “Səbail”lə “Sabah” bir-birini sınağa çəkəcək.
Qarşılaşma oktyabrın 11-də baş tutacaq. “Bank Respublika Arena”da təşkil olunacaq matçın startı fiti 16:00-da səslənəcək.
Qeyd edək ki, bu komandalar arasında Premyer Liqanın IV turunda keçirilən oyunda “Səbail” öz meydanında 2:1 hesablı qələbə qazanıb.