17:06 08-10-2020
news_image
148
FUTBOL

Depay ümidini üzmür – “Barselona”ya keçmək üçün

Fransanın “Lion” klubunun hücumçusu Memfis Depay İspaniya “Barselona”sına transferinin baş tutmamasına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, Niderland millisinin üzvü bəzi məsələlərdə anlaşmanın əldə olunmadığını söyləyib.

Ulduz futbolçu növbəti transfer dönəmində bu keçidin reallaşmasına ümid etdiyini gizlətməyib: “Həyat davam edir. Transferin baş tutmasına çox yaxın idik. Təfərrüatlarına varmayacağam, amma transferin qarşısını alan müəyyən şərtlər var idi. Hər şeyin bir səbəbi olduğunu düşünürəm. Əgər işimi düzgün görsəm, “Barselona”nın mənə olan marağı davam edər”.

Qeyd edək ki, “Lion”un prezidenti Jan-Mişel Olas 26 yaşlı oyunçunun qış fasiləsində İspaniya təmsilçisinə keçəcəyini istisna etməyib.