17:23 08-10-2020
news_image
95
FUTBOL

“O vəziyyətdə deyilik ki, kiməsə yuxarıdan aşağı baxaq” – millimizin rəqibi

“İlk iki oyunda 6 xal qazanmışıq. Ola bilər ki, ən vacib olanı belə start götürmək idi”. 

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro millisinin futbolçusu Aleksandar Boleviç deyib.

Millətlər Liqasının oktyabrın 10-da keçiriləcək qarşılaşmasında Azərbaycanla görüşəcək balkanlıların 25 yaşlı hücumçusu meydana 3 xal iddiası ilə çıxacaqlarını bildirib: “Lakin bununla kifayətlənə, indi daha pis oynaya bilmərik. Azərbaycanla qarşılaşmada bu iki qələbəni haqq etdiyimizi təsdiqləyə və yeni qazanılacaq üç xalla hədəfimizə yolu asanlaşdıra bilərik. Hələlik rəqibin oyununa baxmamışıq və analiz etməmişik. O vəziyyətdə deyilik ki, kiməsə yuxarıdan aşağı baxaq”. 

Forvard millimizlə oyuna hazırlıq haqda da danışıb: “Bu qarşılaşmaya maksimal dərəcədə hazır olmalıyıq. Lüksemburqla qarşılaşmanın ikinci hissəsində fiziki cəhətdən çətinlik çəkirdik. Lakin artıq liqalar start götürüb. Hiss edirəm ki, indi fiziki baxımdan daha hazırlıqlıyıq. Düşünürəm ki, əvvəlki iki matçdan daha yaxşı oyun göstərə bilərik”.

Qeyd edək ki, C liqasının 1-ci qrupunun III turunun qarşılaşması Podqoritsada keçiriləcək.