20:45 08-10-2020
news_image
321
FUTBOL

Yığmamız nədə uduzdu? – STATİSTİKA

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Slovakiya – Azərbaycan oyununun statistikası açıqlanıb.
 
Apasport.az saytının məlumatına görə, UEFA Nitra şəhərində baş tutan qarşılaşmanın göstəricilərini hesablayıb.
 
2:1 hesablı qələbə qazanan Slovakiya yığmamızla qarşılaşmada üstünlüyə malik olub. Millimiz yalnız blok edilən zərbələrin sayında öndə olub. Sarı vərəqə sayındakı “üstünlük” yalnız passivə yazılan göstəricidir.
 
Slovakiya – Azərbaycan
Qollar – 2:1

Qapıya zərbələr – 19:10
Çərçivəyə zərbələr – 7:3
Çərçivədən yan zərbələr – 10:3
Blok edilən zərbələr – 2:4
Künc zərbələri – 15:5
Oyundankənar vəziyyət – 4:3
Sarı vərəqələr – 1:6
Qayda pozuntuları – 12:10