21:28 08-10-2020
news_image
130
FUTBOL

Azərbaycanla oyunu dəyərləndirdi - slovakiyalı məşqçi

“Qələbədən məmnunam. Bu, asan başa gəlmədi”.
 
Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Slovakiya millisinin baş məşqçisi Yaroslav Kentoş deyib.
 
Mütəxəssis Avropa çempionatının seçmə mərhələsinin Azərbaycanla ev matçı haqda fikirlərini açıqlayıb. O, 2:1 hesablı qələbəni oyuna sonradan daxil olan futbolçularla bağlayıb: “Oyuna sonradan daxil olan futbolçuların çıxışını çox müsbət dəyərləndirirəm. Onlar oyunun axarını dəyişdi. Bəzi epizodlarda sabit çıxış etsək də, “ölü nöqtə”lər də oldu. Ehtiyatdan oyuna daxil olan Tomas Suslav ilk qolun yaranmasında pay sahibidir, digərləri də lazım olanı etdi. Biz onlara meydanda nələri dəyişməli olduğunu yaxşı izah etmişdik. İndi bizi Fransa gözləyir. Bu, tam başqa oyun və başqa rəqib olacaq”.