22:10 08-10-2020
news_image
153
FUTBOL

Azərbaycan millisində itki – “Zirə”nin futbolçusu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi itki ilə üzləşib.
 
Apasport.az saytının məlumatına görə, Hacıağa Hacılı Avropa çempionatının seçmə mərhələsinin növbəti oyununu buraxacaq.
 
“Zirə”nin futbolçusu oktyabrın 13-də səfərdə Gürcüstana qarşı oynamayacaq. Buna Hacılının cəzalı duruma düşməsi səbəb olub.
 
O, turnirdə 3-cü sarı vərəqəsini bu gün Slovakiyaya qarşı keçirilən səfər görüşündə (1:2) alıb. Bunadək Hacıağa İsveçrə (0:1) və Lixtenşteynlə (1:0) qarşılaşmalarda da xəbərdarlıq görüb.
 
Qeyd edək ki, bu Hacılının tsikldə ikinci cəzasıdır. O, Gürcüstanla (0:3) oyunda ikinci sarıya görə qırmızı vərəqə aldığı üçün də bir matç buraxıb.