23:31 08-10-2020
news_image
144
DİGƏR NÖVLƏR

Düşmənin komanda qərargah məntəqəsi dağıdılıb, xeyli erməni hərbçisi məhv edilib

Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin komanda qərargah məntəqəsinə zərbələr endirilib.

APA-nın əldə etdiyi məlumata görə, dəqiq atəş zərbələri kamikadze-dronlar vasitəsilə yerinə yetirilib.

Zərbə endirilərkən qərargahda Ermənistan ordusunun yüksək rütbəli zabitləri olub. Komanda qərargah məntəqəsinin darmadağın edildiyi, düşmənin xeyli itki verdiyi barədə məlumatlar var.