00:29 09-10-2020
news_image
181
FUTBOL

Məşqçisiz qaldı – millimiz

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Slovakiya – Azərbaycan oyunu xoşagəlməz sonluqla başa çatıb.

Apasport.az saytının məlumatına görə, 90+4-cü dəqiqədə buraxılan qoldan sonra məğlub duruma düşən yığmamızın üzvləri narazılıqlarını sərt şəkildə nümayiş etdirib.

Bu üzdən matçın hakimi norveçli Kristofer Haqenes əlini cibinə atmalı olub. Referi əvvəl futbolçumuz Mert Çelikə, ardınca baş məşqçi Milan Obradoviçə sarı vərəqə göstərib.

Bu, serbiyalı mütəxəssisin qarşılaşmada ikinci xəbərdarlığı olub. 88-ci dəqiqədə ilk sarı vərəqəsini alan Obradoviç 90+6-cı dəqiqədə ikinci dəfə cəzalanıb. Nəticədə hakim onu texniki zonadan kənarlaşdırıb.

Bu cəza mütəxəssisin ən azı bir oyunluq diskvalifikasiyası ilə nəticələnəcək. Obradoviç yığmamızın oktyabrın 13-də Gürcüstanla səfər matçında texniki zonada ola bilməyəcək.

Qeyd edək ki, tsikldə 3-cü sarı vərəqəsini alan Hacıağa Hacılı da növbəti matçda cəzalı olacaq.