01:32 09-10-2020
news_image
128
FUTBOL

Pley-offun final cütləri dəqiqləşdi - AVRO-2020-də

AVRO-2020-nin pley-off mərhələsinin final cütləri bəlli olub.
 
Apasport.az saytının məlumatına görə, oktyabrın 8-də baş tutan yarımfinal qarşılaşmalarından sonra final mərhələsinə son 4 vəsiqəyə 8 iddiaçı qalıb.
 
A, B, C və D yolu üzrə mübarizə aparan komandalar noyabrın 12-də həlledici matçlara çıxacaq. Bu cütlərdə Avropanın 12 şəhərində təşkil olunacaq AVRO-2020-nin son iştirakçıları bilinəcək.

AVRO-2020-nin pley-off mərhələsi
Final
12 noyabr
A yolu

22:45. Macarıstan – İslandiya
B yolu
22:45. Şimali İrlandiya – Slovakiya
C yolu
*Serbiya – Şotlandiya
D yolu
20:00. Gürcüstan - Şimali Makedoniya
Qeyd: * - oyunun saatı dəqiqləşməyib.