08:27 09-10-2020
news_image
122
FUTBOL

Qələbə ilə başladı – Argentina və Uruqvay

DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinə start verilib.

Apasport.az saytının məlumatına görə, bu gün səhər saatlarında 3 görüş keçirilib.

Paraqvayla Peru arasında baş tutan qarşılaşmada qollu bərabərlik qeydə alınıb.

Uruqvay yığması Montevideoda Çili ilə üz-üzə gəlib. Maksi Qomesin matça əlavə edilmiş dəqiqələrdə vurduğu qol uruqvaylılara 3 xal qazandırıb.

Argentina millisi isə kapitanı Lionel Messinin penaltidən vurduğu yeganə topla Ekvadoru üstələyib.

Turun digər iki oyunu (03:30. Kolumbiya – Venesuela, 04:30. Braziliya – Boliviya) oktyabrın 10-da keçiriləcək.

DÇ-2022-nin seçmə mərhələsi
Cənubi Amerika zonası
I tur
Paraqvay – Peru – 2:2

Romero, 67, 81 – Karrilyo, 52, 85
Uruqvay – Çili – 2:1
Luis Suares, 39 (pen.), Maksi Qomes, 90+3 – Aleksis Sançes, 54
Argentina – Ekvador – 1:0
Messi, 13 (pen.)