09:27 09-10-2020
news_image
443
FUTBOL

“Dinamo”da oynayacaq - “Sabah”ın bəyənmədiyi braziliyalı

Braziliyanın U-22 yığmasının sabiq futbolçusu Kleyton da Silveyra da Silvanın karyerasını Azərbaycanda davam etdirmək variantı olub.

Apasport.az saytının məlumatına görə, Kiyev “Dinamo”sunun yeni transferi Ukrayna klubuna keçməzdən əvvəl “Sabah”a təklif olunub.

Bakı klubunun baş məşqçisi Visente Qomes köməkçiləri ilə birlikdə 25 yaşlı vingerin oyunlarını analiz edib. Maraqlıdır ki, ispaniyalı mütəxəssis “sambaçı”nın çıxışlarına baxdıqdan sonra Kleytonun xidmətindən imtina edib. Futbolçu “Dinamo”ya bir neçə gün əvvəl keçməsinə baxmayaraq, kiyevlilərin çalışdırıcısı Mirça Luçesku da ondan məmnun deyil.

Qeyd edək ki, Kleyton “Dinamo”ya “Atletiko Mineyro” klubundan keçib.