10:42 09-10-2020
news_image
198
FUTBOL

Qrupdan çıxmaq şansı yüksəkdir – “Qarabağ”ın

Avropa Liqasının İ qrupunda qərarlaşan “Qarabağ” İspaniya klubu “Vilyarreal”dan sonra növbəti mərhələyə vəsiqə qazanmağa ən real namizəddir.

Apasport.az saytının məlumatına görə, futbol mütəxəssislərinin araşdırması zamanı bu qənaətə gəlinib.

Bütün qruplarda yer alan komandaların şanslarının dəyərləndirilməsi zamanı “Qarabağ”ın 1/16 finala adlamaq ehtimalı yüksək qiymətləndirilib: “Vilyarreal”ın növbəti mərhələdəki yerini təmin etmək üçün çox problemi olmamalıdır. Qrupda digər şanslı komanda “Qarabağ”dır. Azərbaycan klubu turnirdə irəliləmək üçün kifayət qədər təcrübəyə malikdir. “Qarabağ”ın digər komandaları üstələyəcəyini proqnozlaşdırmaq olar”.

Qeyd edək ki, “Qarabağ” İ qrupunda “Vilyarreal”la yanaşı, “Makkabi” (Təl-Əviv, İsrail) və “Sivasspor”la (Türkiyə) mübarizə aparacaq. Azərbaycan çempionu ilk oyununu oktyabrın 22-də Təl-Əvivdə “Makkabi”yə qarşı keçirəcək.