11:11 09-10-2020
news_image
138
FUTBOL

Heç-heçə olmayacaq – Monteneqro ilə oyunda

Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız tarixində 5-ci dəfə oktyabrın 10-da meydana çıxacaq.

Komandamız indiyədək bu tarixdə 4 oyun keçirib. Bu görüşlərdə yalnız bir qələbəsi olan milli 11 il öncə Vadutsda Lixtenşteynə qalib gəlib.

Digər üç matçda isə yığmamız məğlubiyyətlə üzləşib. Bunlardan ikisi evdə, biri səfərdə baş verib.

10 oktyabr 1998. Bakı. AÇ. Azərbaycan – Macarıstan – 0:4
10 oktyabr 2009. Vaduts. DÇ. Lixtenşteyn – Azərbaycan – 0:2
10 oktyabr 2014. Palermo. AÇ. İtaliya – Azərbaycan – 2:1
10 oktyabr 2015. Bakı. AÇ. Azərbaycan – İtaliya – 1:3
AÇ – Avropa çempionatının seçmə oyunu, DÇ – dünya çempionatının seçmə oyunu