12:08 09-10-2020
news_image
114
FUTBOL

“Azərbaycanın bizi əziyyətə salacağını bilirdik” – slovakiyalı futbolçu

“Final fitindən sonrakı hisslər fantastikdir. İstəyimizə çatdığımız üçün sevincliyik”.

Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Slovakiya yığmasının üzvü İvan Mesnik Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla keçirilən oyun barədə danışarkən deyib.

Nitrada baş tutan qarşılaşmada 90+4-cü dəqiqədə qələbə qolunu (2:1) vuran slovakiyalılar xallarının sayını 9-a çatdıraraq qrupda üçüncü pilləyə yüksəlib. Komandasına qalibiyyət qazandıran qolun müəllifi olan Mesnik çox əziyyət çəkdiklərini söyləyib: “Rəqibə qarşı yaxşı müdafiə olunduq. Fikrimcə, bütün mövqeləri onlar üçün bağlamışdıq. Oyun asan keçmədi. Azərbaycanın bizi əziyyətə salacağını bilirdik. Ancaq yenə də arzumuzu reallaşdırmağı bacardıq. Son dəqiqə qolu sevincimi birə-beş artırdı”.

Qeyd edək ki, qrupda 8 oyun keçirən Azərbaycan millisi hazırda 6 xalla 5-ci pillədə qərarlaşır.