
22:24
Millətlər Liqasında Monteneqro ilə qarşılaşacaq Azərbaycan yığması tarixində 2-ci dəfə bu rəqiblə üz-üzə gələcək.
Apasport.az saytının məlumatına görə, C liqasının 1-ci qrupunda mübarizə aparan rəqiblər yalnız bir dəfə görüşüb.
Bu, 2010-cu ildə baş verib. Noyabrın 17-də komandalar Podqoritsada yoldaşlıq matçına çıxıb.
10 ildən sonra görüşəcək yığmaların həmin oyununun taleyi ikinci hissədə həll olunub. İlk yarısı qolsuz bitən qarşılaşmanın fasiləsindən sonra 2 cavabsız qol vuran Monteneqro ev qələbəsi qazanıb. Həmin vaxt qollardan birinə imza atan Fatoş Beçiray 10 ildən sonra da yığmasının heyətində yer alıb.
Yoldaşlıq oyunu
17 noyabr 2010. Podqoritsa. Monteneqro – Azərbaycan – 2:0
Luka Peyoviç, 62, Fatos Beçiray, 73