13:43 09-10-2020
news_image
153
FUTBOL

“Bavariya”nın gündəminə düşdü – Almaniyaya qol vurmaqla

Türkiyə millisinin yarımmüdafiəçisi Ozan Tufan karyerasını Almaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı orta sahə oyunçusunun bu ölkənin yığmasına qarşı keçirilən yoxlama görüşündəki performansı Bundesliqa klublarının diqqətini cəlb edib.

3:3 hesabı ilə başa çatan Kölndəki qarşılaşmada gözəl qolla yadda qalan “Fənərbaxça”nın futbolçusu, xüsusən də, “Bavariya”nın transfer gündəminə düşüb. Münhen təmsilçisi Ozanın klubunun heyətində bir neçə matçını izləmək üçün skaut ayırmaq qərarına gəlib. Futbolçunun çıxışı ürəkaçan olarsa, Çempionlar Liqasının qalibi mövsümün sonunda “Fənərbaxça” ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Ozan Tufan “Fənərbaxça”ya 2015-ci ildə “Bursaspor”dan keçib.