14:02 09-10-2020
news_image
150
FUTBOL

Avropanın “Top-5”ində - millimizin qapıçısı

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin ən çox qurtarış edən qapıçılarının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının qapıçısı Kamran İbrahimov “Top-5”də yer alıb.

Yığmamızın keçirdiyi 8 görüşdə 32 seyv edən qolkiper bu göstəricidə 4-5-ci yerləri bölüşür. Kamranın şəriki Belarus millisinin qapıçısı Pavel Pavlyuçenkodur.

Cədvələ Mirko de Angelis başçılıq edir. San-Marino yığmasının əlcək sahibi 58 qurtarışa imza atıb. Qazaxıstanlı Muxammejan Seysenin hesabında 40 seyv var. İlk “üçlüy”ü Andorra yığmasının üzvü Armando Mayer qapayır. O, 33 dəfə fərqlənib.