İngiltərə Premyer Liqasında sentyabrın ən yaxşı futbolçusu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, “Everton”un hücumçusu Dominik Kalvert-Levin “Ayın futbolçusu” mükafatını qazanıb.
O, ötən ay 3 matçda 5 qol vurub. 23 yaşlı forvard İngiltərə millisində də debüt edib. Levin ümumilikdə mövsümün startındakı 7 oyunda10 qola imza atıb.
O, digər namizədlər Patrik Bemford (“Lids”), Hames Rodriges (“Everton”), Timoti Kastan, Ceymi Vardi (“Lester”), Harri Keyn (“Tottenhem”), Tarik Lampti (“Brayton”) və Sadio Maneni (“Liverpul”) arxada qoyub.