
00:28
İngiltərə Premyer Liqasında sentyabrın ən yaxşı məşqçisi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, “Everton”un çalışdırıcısı Karlo Ançelotti ayın məşqçisi adına yiyələnib.
Ötən ay keçirdiyi hər üç qarşılaşmada qalib gələn “Everton” 9 xal toplayıb. Liverpullular “Tottenhem”i 1:0, “Vest Bromviç”i 5:2, Kristal Pelas”ı 2:1 hesabı ilə məğlub edib.
Ançelotti mükafata digər iddiaçıları arxada qoyub. Bunlar Yurgen Klopp (“Liverpul”), Brendan Rocers (“Lester”) və Din Smitdir (“Aston Villa”).