17:22 09-10-2020
news_image
102
FUTBOL

“Hər oyun həlledicidir” – monteneqrolu futbolçu

“Komandamın iki möhtəşəm qələbə qazandığı əvvəlki toplanışda olmadığım üçün təəssüflənirəm”.

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro yığmasının futbolçusu Marko Şimiç Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla keçiriləcək oyun barədə danışarkən deyib.

33 yaşlı mərkəz müdafiəçisi meydana qələbə üçün çıxacaqlarını bildirib: “Hazırda komanda ilə birlikdəyəm və həmişə olduğu kimi, uğur qazanmağımız üçün əlimdən gələni edəcəyəm. Hər oyun bizim üçün vacib və həlledicidir. Hər matça maksimum köklənirik. Bu, bəzən qələbə üçün kifayət edir, bəzən isə etmir. B liqasından hələ uzağıq, bunun üçün çox çalışmalıyıq. Ora vəsiqəni addım-addım düşünəcəyik”.

Qeyd edək ki, sabah Podqoritsada keçiriləcək Monteneqro – Azərbaycan oyunu Bakı vaxtı ilə 17:00-da başlayacaq.