23:01 09-10-2020
news_image
121
FUTBOL

“Vingerimiz yoxdur” – Ronald Kuman

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Ronald Kuman komandasının hazırkı durumunu dəyərləndirib.
 
Apasport.az saytının məlumatına görə, niderlandlı mütəxəssis 4-2-3-1 taktiki sxeminə üstünlük verməsinin səbəbini izah edib.
 
O, bunu vingerlərin olmaması ilə əlaqələndirib: “Komandanın baş məşqçisi mənəm və öz sistem seçimlərim var. Heyətimizdə vinger yoxdursa, niyə cinahlardan geniş oynayaq? Fikrimcə, oyunçuların keyfiyyətlərini nəzərə alsaq, 4-2-3-1 bizim üçün ideal sxemdir. Komandada hər şey qaydasındadır, sahib olduğum heyətdən məmnunam. Bunu yaxşılaşdırmağa çalışdıq, amma çox şey klubun maddi vəziyyətindən asılıdır. Bunu qəbul etməli və çox çalışmalıyıq”.
 
Qeyd edək ki, “Barselona” La Liqanın ilk 3 turunda 7 xal toplayıb.