09:30 10-10-2020
news_image
88
FUTBOL

Böyük hesabla uduzdu – Azərbaycanla oyunöncəsi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində yer aldığı qrupda növbəti oyun keçirilib.
 
Apasport.az saytının məlumatına görə, Gürcüstan liderlər qrupunda qərarlaşan İsveçrəni qəbul edib.
 
Qoridəki Tengiz Burjanadze adına stadionda baş tutan qarşılaşma qonaqların üstünlüyü şəraitində keçib. Rəqib qapısından 3 cavabsız top keçirən İsveçrə xallarının sayını 21-ə yüksəldib və yenidən liderliyi ələ keçirib. Gürcüstanın isə aktivində 9 xal var.
 
Qeyd edək ki, 2-ci qrupda Azərbaycan millisi 6 xalla 5-ci pillədə qərarlaşır. Dünən Slovakiyaya 1:2 hesabı ilə məğlub olan yığmamız oktyabrın 13-də Gürcüstanın qonağı olacaq.

1

İsveçrə

7

7

0

0

20-4

4

21

2

Fransa

7

6

0

1

23-9

9

18

3

Slovakiya

7

3

0

4

15-18

18

9

4

Gürcüstan

8

3

0

5

14-13

13

9

5

Azərbaycan

8

2

0

6

5-15

15

6

6

Lixtenşteyn

7

1

0

6

3-21

21

3