09:48 10-10-2020
news_image
79
FUTBOL

Özillə anlaşa bilmir – “Arsenal”

İngiltərənin “Arsenal” klubunun futbolçusu Məsut Özil tezliklə azad agent statusu ala bilər.
 
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Almaniya millisinin sabiq üzvü ilə vidalaşmağın yollarını axtarır.
 
Müqavilənin qarşılıqlı razılıqla pozulması ilə bağlı tərəflər arasında danışıqlara start verilib. Ulduz futbolçu gələn ilin yayına qədər olan sözləşməsinin ləğvi üçün rəhbərlikdən 13 milyon funt-sterlinq təşkil edən birillik məvacibini tələb edir. Bu isə “topçular”ın ürəyincə deyil. Oyunçu ilə ortaq məxrəcə gəlinərsə, Özil mövsümün gedişində istənilən kluba azad agent kimi keçə bilər.
 
Qeyd edək ki, Məsut Özil 2013-cü ildən “Arsenal”ın formasını geyinir.