10:12 10-10-2020
news_image
54
FUTBOL

“Messini gələn il gətirə bilərik” – “Mançester Siti”nin direktoru

İngiltərənin “Mançester Siti” klubu İspaniya “Barselona”sının kapitanı Lionel Messinin keçidindən vaz keçməyib.
 
Apasport.az saytının məlumatına görə, kataloniyalılarla müqavilə müddəti 2021-ci ilin yayına qədər olan argentinalı ulduz futbolçunu Premyer Liqa təmsilçisi həmin vaxt heyətinə qatmaq niyyətindədir.
 
Bunu “Mançester Siti”nin direktoru Omar Berrad da açıqlamasında təsdiqləyib: “Messini heyətə qatmaq üçün yenidən əlimizə fürsət düşüb-düşməyəcəyi məlum deyil. Ancaq Leo “Barselona”nı tərk edərsə, gələn il onu bura gətirmək variantını nəzərdən keçirəcəyik. Messi inanılmaz istedaddır, dünyanın istənilən klubuna dərhal təsirini göstərə bilər. O, dünyanın ən yaxşısıdır. Hər bir klub Leo ilə müqavilə imzalamaq istəyər. Onun “Mançester Siti’yə keçidi barədə danışıq aparması şirkətimizin son illərdə nə qədər inkişaf etdiyini göstərir”.