10:15 10-10-2020
news_image
112
FUTBOL

Darmadağın - Braziliya və Kolumbiyadan

Dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin I turuna yekun vurulub.
 
Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 2 qarşılaşma baş tutub.
 
Hər iki matçda meydan sahibləri böyük hesabla qalib gəlib. Braziliya Boliviyanı 5 cavabsız qolla darmadağın edib. Kolumbiya isə Venesuelanı üç cavabsız qolla üstələyib.
 
Qeyd edək ki, bir gün öncə keçirilən oyunlarda Argentina Ekvadora 1:0, Uruqvay Çiliyə 2:1 hesabı ilə qalib gəlib, Paraqvayla Peru heç-heçə oynayıb – 2:2.
 
I tur
10 oktyabr
Kolumbiya – Venesuela – 3:0

Zapata, 16, 45, Muriel, 26
Braziliya – Boliviya – 5:0
Markinyoş, 16, Firmino, 30, 49, Karrasko, 66 (avtoqol), Koutinyo, 73