11:43 10-10-2020
news_image
183
DİGƏR NÖVLƏR

Ləğv olundu - Avropa çempionatı

Azərbaycan idmançılarının da qatılacağı qılıncoynatma üzrə Avropa çempionatı ləğv olunub.
 
Apasport.az saytının məlumatına görə, Belarusun paytaxtı Minskdə təşkil olunması planlaşdırılan yarışın ləğvinə səbəb koronavirus pandemiyasıdır.
 
Növbəti Avropa çempionatı 2021-ci ildə baş tutacaq. Həmin yarış Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək.
 
Qeyd edək ki, son qitə çempionatı ötən il Almaniyanın Düsseldorf şəhərində təşkil olunub.