13:39 10-10-2020
news_image
97
FUTBOL

Liqa1 klubuna təklif olundu - Mancukiç

Xorvatiya millisinin sabiq futbolçusu Mario Mancukiç karyerasını Fransada davam etdirməyə yaxındır.
 
Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumçu “Marsel”ə keçə bilər.
 
Xorvatiyalı agentləri tərəfindən Liqa1 təmsilçisinə təklif olunub. Marsellilər Kostas Mitroqlunu satacağı halda Marionu heyətinə qatmağa hazırdır.
 
Mancukiç hazırda azad agent statusuna malikdir. Bu da Fransa təmsilçisinin onu transfer haqqı ödəmədən heyətinə qatmasına imkan yaradır.