12:15 10-10-2020
news_image
105
FUTBOL

Fran Yoviçə əmanət - yığmamızın oyunu

Millətlər Liqasının IV turunun Azərbaycan – Kipr matçının hakimləri açıqlanıb.
 
Apasport.az saytının məlumatına görə, Albaniyanın Elbasan şəhərindəki matçı xorvatiyalı hakimlər idarə edəcək.
 
Oktyabrın 13-dəki görüşün baş hakimi Fran Yoviç olacaq. Ona İvitsa Modriç və Hrvoye Radiç yardım edəcək. Dördüncü hakim funksiyasını İvan Vuçkoviç yerinə yetirəcək.

Çexiyalı Karel Vidlak oyunun hakim-inspektoru olacaq. Sloveniyalı David Makdouell Zor isə UEFA nümayəndəsi vəzifəsini icra edəcək.
 
Qeyd edək ki, “Elbasan Arena”dakı görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.