12:42 10-10-2020
news_image
189
FUTBOL

Təmkin Xəlilzadə və Şəhriyar Əliyev “23-lük”dən kənarda - Monteneqroda

Azərbaycan millisinin Monteneqro ilə matçının sifariş vərəqi açıqlanıb.
 
Apasport.az saytının məlumatına görə, baş məşqçi Canni de Byazi Millətlər Liqasının III turunun səfər oyunu üçün “23-lüy”ü müəyyənləşdirib.
 
İtaliyalı mütəxəssis sərəncamında olan 25 futbolçudan ikisindən bu oyunluq imtina edib. Bunlar Təmkin Xəlilzadə və Şəhriyar Əliyevdir. Onlar “23-lük”dən kənarda qalıb.
 
Qeyd edək ki, Monteneqro – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
 
Qapıçılar
1. Emil Balayev
12. Şahrudin Məhəmmədliyev
23. Aydın Bayramov

Müdafiəçilər
3. Azər Salahlı
4. Bəhlul Mustafazadə
5. Maksim Medvedev
6. Vüqar Mustafayev
13. Abbas Hüseynov
14. Elvin Bədəlov
15. Bədavi Hüseynov
18. Anton Krivotsyuk
21. Amin Seydiyev

Yarımmüdafiəçilər
2. Qara Qarayev
7. Araz Abdullayev
8. Coşqun Diniyev
10. Rəhim Sadıxov
16. Elvin Camalov
17. Rəhman Hacıyev
19. Namiq Ələsgərov 
20. İsmayıl İbrahimli

Hücumçular
9. Əli Qurbani
11. Ramil Şeydayev
22. Mirabdulla Abbasov