14:21 10-10-2020
news_image
70
FUTBOL

“Real”dan yeni müqavilə təklifi – Ramosla Modriçə

İspaniyanın “Real” klubu iki futbolçusuna yeni müqavilə təklif edəcək.
 
Apasport.az saytının məlumatına görə, bunlar 34 yaşlı müdafiəçi Serxio Ramosla 35 yaşlı yarımmüdafiəçi Luka Modriçdir.
 
Klub rəhbərliyi 2021-ci ilin yayında müqaviləsi başa çatacaq veteranları heyətində saxlamaq niyyətindədir. Onlar gələn ilin yanvarında yeni klublarla danışıqlara başlamaq hüququ qazanacaq. Bu üzdən də madridlilər onlara yeni anlaşma hazırlayıb.
 
Qeyd edək ki, Ramos 2005, Modriç 2012-ci ildən “Real”da oynayır.